Fərid Mansurov: "İnanıram ki, bu il idmandakı uğurlarımız daha çox olacaq"
05 mart 2026 - 16:55 424
Bu il idmanımız üçün yaddaqalan illlərdən biri olacaq.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov verdiyi qısa müsahibədə bildirib.
Sərbəst güləş üzrə Olimpiya çempionumuz 5 mart Bədən Tərbiyəsi və İdman Gününün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"5 mart münasibətilə təkcə idmançıları deyil, eyni zamanda idmana maraq göstərən hər bir vətəndaşımızı təbrik edirəm. İdman cəmiyyətdə heç də asan bir sahə sayıla bilməz. Burada zəhmət çəkib və çətin maneələri dəf etməklə uğura gedən yolu tapa bilərsən. Bu işdə hər bir idmançıya və onun məşqçisinə uğurlar diləyirəm. Atletlərimiz 2026-cı ilə bir sıra mötəbər yarışlarda iştirak edəcəklər. İnanıram ki, bu il idmandakı uğurlarımız daha çox olacaq".
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı