Fərəcov “Ironman” turnirlərində Azərbaycan üçün yeni rekorda imza atıb
18 sentyabr 2022 1232
Emiliya-Romanyada (İtaliya) keçirilən «Ironman» status turniri Azərbaycan triatlonu üçün tarixi nəticə ilə əlamətdar olub.
Yarışda 14 idmançımız iştirak edib. Onlardan ən yaxşı nəticəni «Triterra» klubunun təmsilçisi Teymur Fərəcov göstərib. O, “dəmir məsafəni” Azərbaycan triatlonçuları üçün rekord müddətdə qət edib. Fərəcov finişə çatmaq üçün 10 saat 12 dəqiqə 8 saniyə vaxt sərf edib. Bu, Ironman turnirlərində iştirak edən idmançılarımız üçün yeni nailiyyətdir.
Texniki nəticələrə gəlincə, Teymur 40-44 yaş kateqoriyası üzrə iştirakçılar arasında 87-ci yeri tutub.
Qeyd edək ki, yarış çətin şəraitdə keçirilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar təşkilatçılar startı bir gün təxirə salmağa məcbur olublar.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı