Xəbərlər

Əziz Əliyevin xatirəsinə həsr olunan şahmat turnirinə start verildi

08 dekabr 2022 351

Bu gün Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında şahmat turnirinə start verilib.

Turnirin açılış mərasimində iştirak etmək üçün Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov, FİDE-nin sabiq rəhbəri Kirsan İlyumjinov və digər rəsmi şəxslər Mahaçqalaya səfər edib.

Yarışdan öncə qonaqlar və təşkilatçılar Mahaçqalada yerləşən Əziz Əliyevin abidəsini ziyarət edərək görkəmli dövlət xadiminin xatirəsini yad ediblər. 

Sonra yarışın açılış mərasimi keçirilib. Çıxış edən rəsmilər görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin həyat yolundan və tarixi xidmətlərindən danışıb.

Qeyd edək ki, şahmat turnirində ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil edəcək.