Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinistə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib
09 avqust 2025 - 11:46 674
Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib.
Gənclər və İdman nazirliyinin mətbuat xidmətinə istinadən, tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilib.
Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, idman veteranları və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, “Arzunun ardınca” filmi təkcə bir qadın alpinistin uğurunu deyil, həm də Azərbaycan qadınının iradəsini və gücünü bir daha göstərir. Həmçinin filmin gənc nəsli, xüsusən də gənc idmançıları qələbəyə ruhlandırdığı qeyd edilib.
Film maraqla izlənilib və alqışlarla qarşılanıb. Sonda tədbir iştirakçıları uğurlu ekran əsərinə görə filmin rejissoru, senari müəllifi Arzu Urşan və qəhrəmanı Elmira Aslanovanı təbrik ediblər.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı


