Elçin Quliyev yenidən ARAF-nin prezidenti seçilib
25 yanvar 2024 1093
Yanvarın 24-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Tədbirdə federasiyanın prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.
Əvvəlcə 2023-cü ilin idman yekunları haqqında hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Ardınca il ərzində əldə olunmuş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Elçin Quliyev, Fərid Qayıbov, Çingiz Hüseynzadə təltif ediblər.
Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyinə yeni seçki keçirilib. Elçin Quliyev yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib. Federasiya prezidenti çıxış edərək yenidən etimad göstərildiyi üçün təşəkkür edib və bundan sonra görüləcək işlər, yeni planlar barədə məlumat verib. Tədbirin sonunda gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiya rəhbərliyinə uğurlar arzulayıblar.
Qeyd edək ki, Elçin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Atçılıq Federasiyasına rəhbərlik edir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı


















