Dünya Kubokunun qalibləri mükafatlandırıldı
09 mart 2025 676
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun bağlanış mərasimi olub. Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə yarışın son günündə qalib olan idmançılara medallar təqdim edilib.
Azərbaycan turniri bir qızıl medalla başa vurub. Komandamızın heyətində ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mükafatları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və digər rəsmi şəxslər təqdim ediblər.
Son gündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birinci olmaq üçün mübarizə aparıblar.
Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutublar.
Ötən gün Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunub.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı