Dünya kuboku: Gimnastımız Zöhrə Ağamirova topla hərəkətlərdə dördüncü olub
23 aprel 2023 296
Azərbaycan gimanstı Zöhrə Ağamirova Bakıda keçirilən dünya kuboku yarışlarında topla hərəkətlərdə dördüncü olub.
İdmançımiz çıxışına görə hakimlərdən 31,700 xal alıb.
İlk üçlükdə almaniyalı Darya Varfolomeev (33,150 xal), Bolqarıstan idmançısı Eva Brezalieva (32,950 xal) və özbəkistanlı Taxmina İkromova (31,800) yer alıblar.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı