Dünya çempionatında növbəti oyunlar keçirildi
22 noyabr 2022 1162
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 2,5:1,5.
IV turda isə Polşa ilə qarşılaşan Azərbaycan yığması heç-heçəyə razılaşıb - 2:2.
Hazırda 5 xalı olan Azərbaycan komandası B qrupunda ikinci sırada qərarlaıb. Millimiz qrupda son oyununu bu gün İsrail komandasına qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. 14 ölkənin təmsil olunduğu dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı
.jpeg)
