Dünya çempionatı: Azərbaycanın minifutbol yığması yarımfinala vəsiqə qazanıb
03 noyabr 2023 1546
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında 1/4 final oyununu keçirib.
Yığma 1/4 finalda Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn yığma adını yarımfinala yazdırıb. Azərbaycan millisindən qolları 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov və 36-cı dəqiqədə Mirmehdi Rzayev vurublar.
Elşad Quliyevin başçılıq etdiyi komanda finala gedən yolda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Portuqaliyanı mübarizədən kənarlaşdırıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı