“Diplomat Chess Cup” başa çatdı
05 mart 2022 1805
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri arasında şahmat turniri keçirilib. "İdman Həftəsi" çərçivəsində 2 gün davam edən yarışda Böyük Britaniya, Fransa, Bolqarıstan, Qətər, Venesuela və Hindistanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşları mübarizə aparıb.
Bolqarıstan təmsilçisi Boris Borisov və Fransa səfirliyinin əməkdaşı Harronis Yanick müvafiq olaraq 2-3-cü yerləri tutub. Fransanın ölkəmizdəki səfirliyinin digər əməkdaşı Faiq Həşimli yarışın qalibi olub.
Qalib və mükafatçılara Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov tərəfindən diplom, xatirə hədiyyələri təqdim olunub.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı


