Dəniz Cabbarlı dünya birinciliyində mübarizə apardı
26 mart 2023 1311
25 mart – 1 aprel tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyinə start verilib. 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatılacağı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.
Onlardan ilk olaraq körpücük üzərinə Dəniz Cabbarlı çıxıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 92 kq, təkanla qaldırma hərəkətində isə 113 kq-ı ram edib.
Toplam 205 kq (92+113) nəticə göstərən atletimiz yekun sıralamada 7-ci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
