Xəbərlər

«Deloitte» şirkəti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) TOP tərəfdaşıdır

07 aprel 2022 309

«Deloitte» şirkəti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Ümumdünya Olimpiya tərəfdaşı olduğunu elan etdi.  Şirkət 2032-ci ilə qədər 5  oyun çərçivəsində -Paris -2024, Milano, Kortina -2026, Los -Anceles- 2028, Qış Olimpiya və Paralimpiya Oyunları- 2030 və Brisben -2032  Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya və Paralimpiya TOP tərəfdaşı olacaq. 
“Deloitte” Olimpiya Hərəkatını dəstəkləyən BOK-un rəqəmsal ekosisteminin təkmilləşdirilməsinə və təhlükəsizliyinə kömək etmək üçün idarəetmə və biznes konsaltinq sahəsində dərin təcrübəsini tətbiq edəcək.