Dekabrın 24-də Bakı Su İdmanı Sarayının nəzdində padel idman meydançasının açılışı olub
24 dekabr 2022 1141
Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, padel yeni növ olsa da son vaxtlar dünyada sürətlə yayılıb. Daha çox İspaniyada populyar olan padel idman növü tennis və squaşın qarışığıdır. Padel kortunun sahəsi tennis kortu ölçüsünün üçdə biri qədərdir. Oyun əsasən, hər tərəfdə 2 nəfər olmaqla oynanılır.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı



