Dakar-2026: Taekvondoçumuz mübarizəni dayandırdı
08 noyabr 2026 - 17:23 16
Bu gün Dakar-2026 çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.
Yarışların ilk günündə Azərbaycan idmançısı Zərha İsayeva da mübarizəyə başlayıb. -44 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 finalda Kosovo idmançısı Şeqa Seydiu ilə qarşılaşıb. Rəqibinə qalib gələn Zəhra İsyaeva 1/4 finala vəsiqə qazanıb. İdmançımızın növbəti rəqibi rusiyalı Elina Tixamokova olub. Təəssüf ki, taekvondoçumuz bu mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan millisinin digər taekvondoçusu Adil Kazımlı (-73 kq) noyabrın 11-də mübarizəyə qoşulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 ... Ətraflı
Dakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən ... Ətraflı