Dakar-2026: Çimərlik güləşçilərimiz medal uğrunda mübarizə aparacaq
07 noyabr 2026 - 20:42 45
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə yarışlar davam edir.
Qrup mərhələsini 3 qələbə ilə birinci pillədə başa vuran təmsilçilərimiz yarımfinal görüşlərinə çıxıblar.
Oğlanlar arasında 80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nihad Süleymanlı yarımfinalda yunanıstanlı Konstantinos Mourtzilakis üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb. Güləşçimiz çempionluq uğrunda həlledici görüşə çıxacaq.
Qızların mübarizəsində isə 55 kq çəki dərəcəsində yarışan Günel Kərimli yarımfinalda meydan sahibi, seneqallı Elizabet Diatta ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibinə məğlub olan təmsilçimiz mübarizəni bürünc medal uğrunda həlledici qarşılaşmada davam etdirəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 ... Ətraflı
Dakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən ... Ətraflı