Daha dörd cüdoçumuz Olimpiya Festivalında mübarizəyə başladı
26 iyul 2023 1148
Maribor-2023 XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo yarışları davam edir. Bu gün Azərbaycan komandasının daha 4 (2 oğlan, 2 qız) cüdoçusu tatami üzərinə çıxıb.
Təmsilçilərimizdən Məhəmməd Musayev (-60 kq) 1/16 finalda polşalı Yakob Kurovskiyə qalib gəlsə də, növbəti mərhələdə rumıniyalı Tudor Mosoi ilə görüşdə məğlub olub. İdmançımız üçüncü yer uğrunda təsəlliverici görüşdə mübarizə aparacaq.
-66 kq çəki dərəcəsində mübarizəyə başlayan Cəsur İbadlı da ilk görüşünü qələbə ilə başa vurub. İdmançımız 1/16 finalda rumıniyalı Andrei Buqaya, növbəti görüşdə isə fransalı Kais Quettariyə qalib gəlib. Cüdoçumuzun 1/4 finaldakı rəqibi niderlandlı Bazile la Fontayne olacaq.
Qızların mübarizəsində isə Vüsalə Hacıyeva (-48 kq) ilk görüşdə Rumıniya təmsilçisi Lorena Mandanı ipponla məğlub edib. Cüdoçumuz növbəti görüşünü italiyalı Janka Juttnerə qarşı keçirəcək.
Digər cüdoçumuz Xədicə Qədəşova (52 kq) isə ilk mərhələdə italiyalı Martina de Kresçenzodan güclü olub. İdmançımız növbəti görüşdə Elise Rustige ilə qarşılaşacaq.
Xatırladaq ki, Maribor-2023-də Azərbaycan komandasının aktivində iki bürünc medal var. Komandamıza medalları cüdoçular Nihad Məmişov (-50 kq) və Ayxan Mirzəzadə (-55 kq) qazandırıb.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı


