Cüdoçularımız Paris Böyük Dəbilqə turnirini 3 medalla başa vurdu
06 fevral 2023 1865
4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 1 bürünc medal əldə edib.
Yarışın ilk günündə -60 kq. çəkidə Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.
Yarışın ikinci günündə isə -90 kq. çəkidə Murad Fətiyev final görüşündə niderlandlı cüdoçu Noel Van T End ilə qarşılaşıb. Murad nəticədə yarışı gümüş medalla başa vurub.
-100 kq. çəkidə Zelim Kotsoyev isə belçikalı cüdoçu Toma Nikiforova qalib gələrək bürünc medala sahib olub.
+100 kq. çəkidə Camal Qamzatxanov və Uşanqi Kokauri isə turniri 7-ci yerdə başa vurub.
Azərbaycan medal əyarına görə ümumi hesabda və kişilər arasında dördüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
