Cüdo millimiz Avropa çempionatını iki qızıl medalla başa vurdu
05 noyabr 2023 226
Noyabrın 3-4-də Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 2 qızıl medal qazanıb.
Dünyanın 46 ölkəsindən 386 idmançının iştirak etdiyi yarışda cüdoçularımız yüksək bacarıq göstərərək medalların sayına görə kişilər arasında birinci, ümumilikdə isə ikinci yeri tutublar.
Çempionatın sonuncu günündə Zelim Kotsoyev (-100 kq) gərgin mübarizədən sonra qızıl medal qazanıb. O, final görüşündə dünya reytinqinin lideri İlia Sulamanidze ilə üz-üzə gəlib. Möhtəşəm texnika nümayiş etdirən Zelim gürcü həmkarına qarşı “osoto-qaeşi” hərəkətini yerinə yetirərək, görüşün əsas vaxtında həlledici “ippon”la parlaq qələbəni təmin edib.
Bu qələbə Avropa çempionatı zamanı Monpelyedə Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə ikinci dəfə əlamətdar oldu.
-100 kq. çəki dərəcəsində idmançıların təltif etmə mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli iştirak edib.
Bundan əlavə, çempionatın ikinci günündə Hidayət Heydərov (-73 kq.) rəqiblərini üstələyərək, üçqat qat Avropa çempionu titulunu qazanıb.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı