Xəbərlər

Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçini qəbul edib

09 dekabr 2021 146

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Tokio -2020 Yay Olimpiya Oyunları haqqında təəssüratlarını bölüşərək, Oyunların təşkilatçılığının yüksək qiymətləndirildiyini bildirib. Çingiz Hüseynzadə Oyunların təhlükəsiz və uğurlu təşkilinə görə, həmçinin  27 qızıl, 14 gümüş və 17 bürünc olmaqla  58 medal qazanan Yaponiya komandasının, həm Tokio 1964 (ümumi 29 medal) həm də Meksika 1968 (ümumi 25 medal) Yay Olimpiya Oyunlarındakı nəticəsini təkrarlayaraq yenidən 3-cü yerdə qərarlaşması münasibəti llə də təbrik edib. MOK-un həmçinin Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illik yubiley ili olan 2022-ci illə bağlı bir sıra əməkdaşlıq təklifləri müzakirə olunub. Səfir Vada Cuniçi oyunlara dəstək məqsədilə MOK-un təşəbbüsü ilə qatıldığı  “Rəsmi idman geyiminin təqdimatı” və “Zəfər Günləri” verlişinin onun üçün əhəmiyyətindən danışıb. O Tokio-2020 Yay Olimpiya Oyunlarında təşkilat komitəsinin idmançıalrın sağlamlıqlarının qorunmasına nail ola bilməsini xüsusu qeyd edib. MOK-un baş katibin müavini Azər Əliyev və Marketinq Departamentinin rəhbəri Mehman Kərimov qarşılıqlı əməkdaşlıq məsələlərinə dair məlumat veriblər. Görüş iştirakçıalrı təqdimatlarla tanış olublar. Səfir Vada Cuniçi 2022-ci ildə Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illik yubiley ili əlaqədar planlaşdırdıqları tədbirlər planını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyevə təqdim edib.