Çingiz Hüseynzadə: "Qış idman növlərində də dəyişikliklər olacaq"
18 yanvar 2022 1140
"Fiqurlu konkisürənlərimizin son nəticələri bizi sevindirir".
Bu sözləri deyən, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə sonuncu Avropa çempionatında Yekaterina Ryabovanın 7-ci yeri tutduğunu xatırladıb: "Ümid edirəm ki, Pekindəki Qış Olimpiya Oyunlarında da nəticə sevindirici olacaq".
Hüseynzadə Azərbaycanın 5-ci dəfə qış olimpiadasına qatılacağını bildirib: "Son zamanlar idman federasiyalarının rəhbərliyi gücləndirilir. Qarşıdakı aylarda qış növləri üzrə də analoji addımlar atılacaq və ümid edirəm ki, daha yüksək nəticələr əldə olunacaq".
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı