Çimərlik voleybolu tarixində ilk dəfə Avropa Kuboku (Beach Volley European Cup) keçiriləcək
05 oktyabr 2023 302
Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Türkiyənin Balıkesir şəhəri ev sahibliyi edəcək. 5-8 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda ölkəmiz iki komanda ilə təmsil olunacaq. Qadınların yarışında AZERRAİL, kişilərin mübarizəsində isə MUROV AZ TERMİNAL komandası kubok uğrunda yarışacaq.
Hər iki komandamız A qrupunda mübarizə apacaq. AZERRAİL klubu Beach Volley Training BEINASCO (ITA), RÉ Beach Club (FRA), BERGSTRAND BV (AUT), Altinyurt Spor Kulübü ISTANBUL (TUR) komandaları ilə bir qrupda yer alır. MUROV AZ TERMİNAL komandası isə Beach Volley Training BEINASCO (ITA), ABC WÖRTHERSEE (AUT), Beachbol La Malva VALENCIA (ESP), Kartal Anadolu Spor Kulübü ISTANBUL (TUR) klubları ilə yarışacaq.
Komandalarımızın heyətlərində yerli voleybolçularımız Fidan Əhmədxanova, Larisa Smeltsova, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədli ilə yanaşı, keçmiş dünya çempionu və Tokio 2020 Olimpiya Oyunlarının gümüş mükafatçısı Oleq Stoyanovski, həmçinin İlya Leşukov, çimərlik voleybolunda böyük uğurlar qazanmış Olqa Motriç və Adelya Axmetova da yer alırlar.
AZERRAİL - Fidan Əhmədxanova, Larisa Smeltsova, Olqa Motriç, Adelya Axmetova
Baş məşqçi: Nihad Tarverdiyev
MUROV AZ TERMİNAL - Oleq Stoyanovskiy, İlya Leşukov, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədli
Baş məşqçi: İqor Olefir
Komandalarımıza uğurlar arzu edirik
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı