Çexiyanın paytaxtı Praqada keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatında üçüncü turun görüşləri başa çatıb
23 avqust 2022 1251
Azərbaycan şahmatçılarından Günay Məmmədzadə İnna Qaponenkonu (Ukrayna), Gülnar Məmmədova Yovana Eriki (Serbiya) məğlub edib. Xanım Balacayeva ukraynalı Maritsa Tsirulnik, Səbinə İbrahimova almaniyalı Luiza Başilina ilə görüşdən qalib ayrılıb.
Digər şahmatçılarımıza gəlincə Ülviyyə Fətəliyeva, Ləman Hacıyeva, Gövhər Beydullayeva üçüncü turda heç-heçə oynayıb.
Üç turdan sonra Günay Məmmədzadə maksimum nətic ilə ilk digər üç şahmatçyla birgə liderlər qrupunda yer alıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova hərəyə 2,5, Ləman Hacıyeva 2, Gövhər Beydullayeva, Səbinə İbrahimova və Xanım Balacayeva 1,5 xal toplayıb.
Avropa çempionatı avqustun 31-də yekunlaşacaq.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı
