Xəbərlər

Çempionatın lideri "Sabah" dan çətin qələbə  

12 mart 2023 461

12 mart tarixində Şəki Olimpiya İdman Kompleksində 21-ci turun son oyunu keçirildi. "Olimpik Şəki" doğma divarlar arasında, paytaxt klubu "Sabah"ı qəbul edirdi. Əlavə vaxtın yaşandığı gərgin oyunun sonunda "Sabah" basketbolçuları 86-80 hesabı ilə qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Larri Robinson - 36 xal, 9 ribaund ), "Sabah BK" (Entoni Patti - 27 xal, 8 ribaund )

  Qeyd edək ki, 22-ci turun oyunları 15-19 mart tarixləri aralığında baş tutacaq.