Bu gün MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçirilib.
17 yanvar 2020 383
17 yanvar 2020-ci il tarixində İsveçrənin Lozanna şəhərində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçirilib.
Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (ANOK) baş qərargahında keçirilən bu iclasda Avropa idman modeli, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri, Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlıqların gedişi müzakirə olunub.
Xatırladaq ki, Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən bu iclasın əsas fəaliyyəti Avropa qitəsinin qarşıda gələn Olimpiya oyunları ilə bağlı məsələlərə münasibətini müəyyənləşdirməyə yönəlmişdir. Komissiya üzvləri iclas zamanı müxtəlif idman tədbirləri barəsində fikir mübadiləsi aparmış və o cümlədən bir sıra digər məsələləri müzakirə etmişdir.
Qeyd edək ki, bu komissiyanın üzvlərinə Belarusiya, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosova, Polşa, Rusiya, Malta, Norveç, San Marino, Moldova və Böyük Britaniya kimi ölkələrdən nümayəndələr daxildir.
Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbir idi.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı