Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib
27 yanvar 2023 698
Voleybol Mərkəzində təşkil olunan III turun son matçında “Murov” və “Xarı bülbül”lə qarşılaşıb.
Görüş “Murov”un üstünlüyü ilə keçib. İlk hissədə 25:11 hesabı ilə qələbə qazanan Fərid Cəlalovun komandası sonrakı setləri də qalib başa vurub - 25:18, 25:17.
Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 9-a çatdıran “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Neftçi” 3 xalla 2-ci, set fərqində “Neftçi”dən geri qalan “Xarı bülbül” 3 xalla üçüncü, MOİK isə sonuncu pilləni tutur.
Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalır. II turdan təxirə salınmış "Xarıbülbül" - "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
27 yanvar
Yüksək Liqa (kişilər)
III tur
“Murov” - “Xarı bülbül” 3:0 (25:11, 25:18, 25:17)
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı
