Bu dəfə KİV nümayəndələri "BOULINQ" turnirində güclərini sınayacaqlar
16 may 2024 1020
“Sportsman” jurnalı, 150-ci yubiley nömrəsinə həsr olunacaq KİV nümayəndələrinin, idman federasiyalarının mətbuat xidməti əməkdaşlarının, tanınmış incəsənət nümayəndələrinin və qazilərin iştirakı ilə boulinq yarışı keçirəcək.
Yarış, Gənclik Mall-da yerləşən “ONTOP BOULINQ KLUBU”nun dəstəyi və tərəfdaşlığı ilə may ayının 21-i saat 11:00-da başlayacaq.
Olimpiya, dünya və Avropa çempionlarının, idman ictimaiyyətinin və digər fəxri qonaqların iştirakı ilə keçiriləcək yarışın aparıcısı “Sportsman”in bütün tədbirlərinin aparıcısı olan həmkarımız Sənan Şəfizadə olacaq.
Tədbirin nəğməli qonaqları isə yarışa xüsusi rəng qatacaq.
Yarışda hər mətbu orqandan 3 nəfər iştirak edə bilər. Eləcə də turnirdə peşəkar boulinqçilərin iştirakı qadağandır.
Turnirin qaliblərinə diplom və tərəfdaşlarımızdan xüsusi hədiyyələr təqdim olunacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı