“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 16 cüdoçusu tatamiyə çıxacaq
16 fevral 2024 646
Bu gün Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
İlk yarış günündə Azərbaycanın 16 idmançısı tatamiyə çıxacaq. Qadınların mübarizəsində 1/16 finalda Könül Əliyeva (48 kiloqram) Marina Vorobyova (AİN), Ramilə Əliyeva (48 kiloqram) Lois Petit (Belçika), Aydan Vəliyeva (52 kiloqram) Naomi Van Krevel (Niderland), Xədicə Qədəşova (52 kiloqram) Sofia Asvesta (Kipr), Fidan Əlizadə (57 kiloqram) Xayone Ekisoain (İspaniya), Açelya Toprak (57 kiloqram) Fazilat Qulboyeva (Tacikistan) ilə qarşılaşacaq.
Gültac Məmmədəliyeva (52 kiloqram) və Leyla Əliyeva (48 kiloqram) isə yarışa 1/8 finaldan başlayacaqlar.
Kişilərin yarışında isə 1/16 finalda Turan Bayramov (60 kiloqram) Mohammed Falata (Səudiyyə Ərəbistanı), Əhməd Yusifov (60 kiloqram) Miçel Auqusto (Braziliya), Nazir Talıbov (60 kiloqram) Ramazan Abdulayev (AIN), Kamran Süleymanov (66 kiloqram) Straxina Bunçiç (Serbiya), Rəşad Yelkiyev (66 kiloqram) Yanislav Gerçev (Bolqarıstan), İslam Rəhimov (66 kiloqram) Vilyar Lipardla (Estoniya) yarışacaq.
Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) mübarizəyə 1/8 finaldan start verəcəklər.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 33 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı