“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16 fevral 2024 770
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
66 kiloqram çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov üçüncü yer uğrunda görüşdə braziliyalı Villian Limanı məğlub edib.
Bundan əvvəl Balabəy Ağayev (60 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Azərbaycanın digər cüdoçuları - Rəşad Yelkiyev (66 kiloqram) və Aydan Vəliyeva (52 kiloqram) isə bürünc medal uğrunda görüşdə məğlub olublar.
Qeyd edək ki, fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı
