Boulderinq üzrə Açıq Azərbaycan Kuboku keçirilib
06 dekabr 2022 1849
Ötən həftəsonu AAF və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə uzun fasilədən sonra boulderinq üzrə Açıq Azərbaycan Kuboku keçirilib. Yarışlar 3-4 dekabr tarixlərində "Climb Baku" qayayadırmanma mərkəzində baş tutub.
Qadınlar arasında qaliblər Leyla Əhmədova, Aysel Zamanova və Anna Litvak, kişilər arasında qaliblər Fərid Şahbazlı, Ramel Rəhimxanov və Mövsüm Şirəliyev olublar.
Yarışın nəticələrinə görə yalnız qalib yerlər müəyyənləşmir, iştirakçılar həm də reytinq qazanırlar. Bu reytinq əsasında milli komandanın formalaşması nəzərdə tutulur və həmin milli komandanın gələn il bir sıra beynəlxalq yarışlarda, o cümlədən Polşada keçiriləcək Avropa Oyunlarında iştirakı planlaşdırılır.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı



