Boksçumuz medalın bir addımlığında mübarizəni dayandırdı
02 avqust 2024 970
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir.
Bu gün komandamızın daha bir üzvü Murad Allahverdiyev 1/4 final görüşünə çıxıb.
80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gəlib. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb. Bununla da Murad Allahverdiyev medalın bir addımlığında mübarizəni dayandırıb.
Xatırladaq ki, dünən boks üzrə milli komandamızın üzvü Alfonso Dominqes yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı