Boksçularımız beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb
28 iyul 2023 1193
Düşənbədə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Azərbaycan, Özbəkistan, Tacikistan və Qazaxıstanın 155 idmançısının qatıldığı yarışda millimizin üzvləri 4 medal qazanıblar.
Məşqçilər Ayaz Baxşıyevlə Zaur Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) gümüş, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) bürünc medala yiyələniblər.
Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.
Qeyd edək ki, boksçularımız Bakıya bu gün qayıdacaqlar.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı


