Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi 2032-ci ilə qədər tərəfdaş olacaqlar
13 mart 2018 1426
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endryu Parsons iki təşkilat arasında tarixi uzunmüddətli tərəfdaşlıq müqaviləsini imzaladılar.
Yeni müqavilə Pxençanq-2018 Paralimpiya Oyunlarının açılış günündə imzalanıb və London 2012 Olimpiya və Paralimpiya Oyunlarından əvvəl imzalanmış tərəfdaşlıq və əməkdaşlıq mövcud müqavilələrinə əsaslanır.
Yeni tərəfdaşılıq müqavilə görə BOK Olimpiya Oyunlarını keçirmək istəyən hər hansı bir ölkə Paralimpiya Oyunlarınıda təşkil etmək öhdəliyini götürməyə məcbur edir. Həmçinin, BOK və BPK Paralimpiya oyunlarına marağın artırılması və izləyiniclərin sayının artırılmasına arışlarının baxılmasını artırmaq və Paralimpiya brendinin genişlənməsi üçün birgə işləyəcəklər.
Əlavə olaraq, iki təşkilat mövcud olan əməkdaşlığı, xüsusilə Olimpiya Gündəliyi 2020-nin həyata keçirilməsi sahəsini, daha da gücləndirəcəkdir. Müqavilə BPK-ya ən azı 14 il müddətində maliyyə stabilliyini təmin edəcək, bu da öz növbəsində bütün Paralimpiya Hərəkatına fayda verəcəkdir.
BOK və BPK arasındakı anlaşma memorandumu 2032-ci ilin sonuna qədər fəaliyyət göstərəcək.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı