Xəbərlər

Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının ekspertləri cüdoçu qızlara ustad dərsi keçdi

14 fevral 2023 326

14 fevral 2023-cü ildə Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Azərbaycana səfər edən Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri yeniyetmə və gənc qızlardan ibarət milli yığma komandanın üzvləri üçün ustad dərsi keçiblər. 

Ustad dərsi BCF Akademiyasının ekspertləri Mesut Kapan və Tina Trestinyak (Rio 2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı) tərəfindən keçirilib. 

Olimpiya çempionu Tina Trestinyak bir sıra cüdo texnikasını, xüsusi ilə də beynəlxalq turnirlərdə və Olimpiya Oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara nümayiş edib. Olimpiya çempionunun sözlərinə idmançılar sırasında potensiallı böyük olan qızlar var və onlar təcrübə toplayaraq, gələcəkdə daha da peşəkar idmançı olacaqlar və beynəlxalq səviyyədə nəticə əldə edəcəklər.

Ekspertlər cüdo fəndlərinin idmançılar tərəfindən düzgün yerinə yetirilməsinə nəzarət ediblər.