Beynəlxalq basketbol turnirində finalçılar müəyyənləşib
14 may 2023 256
14 may Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi" İdman Mərkəzində, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin yarımfinal oyunları baş tutub. İlk yarımfinal görüşündə "LDU" (Rusiya) rəqibi "TTU" (Türkmənistan) kollektivinə 106-65 hesabı ilə qalib gələrək ilk finalçı olub. İkinci yarımfinal oyununda "AzTU" tələbələri "ADBTİA" komandasına 59-53 hesabı ilə qalib gəlib və ikinci finalçı olub.
Qeyd edək ki, 15 may tarixində saat 12:00 -da 3-cü yer uğrunda oyun ("ADBTİA" - "TTK"), saat 14:30 -da isə final oyunu ("LDU" - "AzTU") baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı