Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı keçiriləcək
03 oktyabr 2023 878
Oktyabrın 5-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatına start veriləcək.
Oktyabrın 7-dək davam edəcək yarışda "Ocaq Sport" Klubu (Bakı və Hövsan bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Zabrat və Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar.
Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyalarında çıxış edəcəklər.
Qeyd edək ki, yarışlar hər gün saat 10:00-da başlayacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı