Xəbərlər

“Bədən tərbiyəsi və idman günü”nə həsr olunan stolüstü tennis turniri keçirilir

27 fevral 2023 336

Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş stolüstü tennis turnirinə start verilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda 44 qurumdan 104 kişi, 42 qadın stolüstü tennis həvəskarı şəxsi mübarizədə bacarığını göstərir. Gənclər və idman nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirin keçirilməsində əsas məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının möhkəmləndirilməsi və bu idman növünün populyarlığının artırılmasıdır. 
Sabah yekun vurulacaq yarışın qalibləri təşkilatçılar tərəfindən diplom, medal və mükafatlarla təltif olunacaqlar.