Xəbərlər

Batut və tamblinq gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib

10 dekabr 2023 199

Batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib.

Milli Gimnastika Arenasının köməkçi zalında təşkil olunan yarışda ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) mübarizə aparıb.

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən idmançılar qüvvələrini sınayıblar.

Tamblinq üzrə yarışda idmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış ediblər. Bu növ üzrə yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşib.

Batut üzrə yarışda fərdi çoxnövçülükdə balacalar (2016-cı il təvəllüdlülər), uşaqlar (2013-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2007-2010-cu il təvəllüdlülər), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizəyə qoşulublar. Bu növ üzrə yarış iştirakçıları uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da qüvvələrini sınayıblar.

Qeyd edək ki, hər iki yarış Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi ilin son milli yarışlarıdır.