Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət milli komandamız Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışını davam etdirir
30 may 2022 1215
4-5 iyun tarixlərində Kiprdə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığmamızın heyətinə legioner həyatı yaşayan basketbolçularımız da qoşulub. Bunlar Türkiyənin "Qaziantep" klubunun kapitanı Orxan Aydın və İspaniyanın "Mursiya" komandasının üzvü Cordan Deyvisdir. Onu da qeyd edək ki, kişilərdən ibarət əsas komandamıza yeni təyin olunmuş baş məşqçi Aleksandar Trifunoviç də toplanışı izləmək üçün Serbiyaya səfər edib. Mütəxəssis burada millinin üzvləri ilə tanış olub. Trifunoviç basketbolçularla əsas milli komandanın qarşıdakı təlim-məşq toplanışları barəsində söhbət apararaq, onlara Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı