Basketbol Federasiyasında yeni təyinat
24 iyun 2016 730
İyunun 23-də Azərbaycan Basketbol Federasiyasının növbədənkənar iclası keçirilib. Federasiyanın idarə heyəti üzvlərinin iştirak etdiyi iclasda bir sıra məsələlər müzakirə olunub. İclasda həmçinin 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq və 16 yaşadək idmançıların hazırlığına diqqətin artırılması məqsədilə Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayev Basketbol Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
Həsənağa Rzayev 1977-ci il avqustun 5-də Bakıda anadan olub. Hələ məktəbli dövründə idmanın sərbəst güləş növü ilə məşğul olaraq, dəfələrlə paytaxt və Respublika çempionu adını qazanıb. 1993-1998-ci illərdə Azərbaycanın sərbəst güləş növü üzrə yığma komandasının üzvi olduğu müddət ərzində beynəlxalq turnirlər və Avropa Çempionatında ölkəmizi təmsil edib. 1999-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “təkmübarizlik” fakultəsini bitirib. İkinci ali təhslini 2006-2009-cu illərdə Azərbaycan Dövlət İnşaat Universitetinin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakultəsində alıb. 2004-2009-cu illərində BP şirkətində əmək fəaliyyəti ilə məşğul olub. 2009-cu ilin oktyabrından Milli Olimpiya Komitəsində İcra Aparatı Rəhbərinin köməkçisi vəzifəsində çalışır. Ailəlidir, üç övladı var.
Bənzər xəbərlər
MOK və “Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransı keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri ... Ətraflı
AGF Baham adaları Gimnastika Federasiyası ilə anlaşma memorandumu imzalayıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında anlaşma memorandumu ... Ətraflı