Bakıdakı Avropa çempionatının ilk günündə Azərbaycanın 17 güləşçisi fəxri kürsüyə qalxıb
03 oktyabr 2023 209
Bakıda keçirilən kəmər güləşi üzrə üçüncü Avropa çempionatının ilk günündə medal qazanan Azərbaycan təmsilçiləri bəlli olub.
Milli komandanın 17 üzvü fəxri kürsüyə qalxıb. Onlardan yalnız biri – 76 kiloqram çəki dərəcəsində çıxış edən Gözəl Zutova qızıl medal qazanıb.
Qadınlar arasında Pərvin Hüseynova (76 kiloqram) gümüş, Mələkxanım Məmmədova, Fidan Əliyeva (hər ikisi 52 kiloqram), Bəsti Səfərova (58 kiloqram), Aytac Quliyeva (hər ikisi 58 kiloqram), Diana Şoranova (66 kiloqram) və Şəhla Allahverdiyeva (76 kiloqram) isə bürünc medala layiq görülüblər.
Kişilər arasında Eyvaz Baxşıyev (62 kiloqram), Tərlan Ağayev (75 kiloqram), Namiq Abbaslı (57 kiloqram), Soltan Ağayev (82 kiloqram) ikinci, Elnur Abdullayev (57 kiloqram), Əli Mikayılov (75 kiloqram), Əli Hümbətzadə (82 kiloqram), Nihad Məmmədzadə (90 kiloqram) və Nihad İsgəndərli (90 kiloqram) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışlar oktyabrın 4-dək davam edəcək.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı