Bakıda yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyası keçirilib
01 fevral 2024 942
Bu gün Bakıda yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyası keçirilib. Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək çövkənin Azərbaycan üçün böyük önəm kəsb etdiyini söyləyiblər.
Baş Assambleyanın iclasında Federasiyanın nizamnaməsi və çövkən qaydalarına baxılıb, komitələr və regional qrupların yaradılması, iştirakçı dövlətlərdə çövkənin inkişafı ilə əlaqədar müzakirələr aparılıb.
İclasda keçirilmiş seçkilərdə Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Maciej Miçel Olbriç isə baş katib seçilib.
Baş Assambleyanın sabah keçiriləcək yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı