Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib
11 sentyabr 2023 883
Bu gün Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib.
Beynəlxalq Voleybol Federasiyası (FIVB) və AVF-nin birgə təşkilatçılığı ilə baş tutan FIVB-nin Level iki seminarı sentyabrın 15-dək davam edəcək. Burada yerli və xarici mütəxəssislər iştirak edəcəklər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edir, onun assistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatını almış, çimərlik voleybolu üzrə məşqçi olan Nihad Tanriverdiyevdir.
Seminar nəzəriyyə və təcrübədən ibarətdir. Seminarın son günü imtahan təşkil ediləcək və bu mərhələni uğurla keçəcək mütəxəssislərə FIVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatı veriləcək.
Nəzərinizə çatdıraq ki, 3-7 iyul tarixlərində Bakıda FIVB-nin Level 1 seminarı keçirilib. Cari ilin noyabr ayında isə ölkəmizdə FIVB Level 3 beynəlxalq seminarının təşkili nəzərdə tutulub.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı