Bakıda voleybol məşqçiləri üçün keçirilən seminar başa çatıb
05 avqust 2023 516
Bakıda voleybol məşqçiləri üçün keçirilən seminar başa çatıb.
Federasiyanın avqustun 3-5-də təşkil etdiyi seminar yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən keçirilib. AVF-də və Zuğulba tədris idman bazasında baş tutan seminarda 5 rayondan ümumilikdə 8 məşqçi-müəllim iştirak edib.
Avqustun 5-də Voleybol Mərkəzində iştirakçılara AVF-nin sertifikatları verilib. Sertifikatları AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma təqdim ediblər.
Federasiya rəsmiləri iştirakçıları seminarı uğurla başa vurmaları münasibətilə təbrik ediblər. Qonaqlar mütəxəssisləri hər zaman federasiya ilə əməkdaşlıq etməyə çağırıb və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Sonra seminar iştirakçıları Azərbaycan və Belarus yığmaları arasında keçirilən yoxlama matçını izləyiblər.
Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd voleybolun inkişaf etdirilməsi, bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir. Bu cür seminarlar digər rayon və şəhərlərdən olan məşqçi-müəllimlər üçün də təşkil ediləcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı