Bakıda şahmat festivalı başa çatıb
23 iyun 2025 - 13:27 475
Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “LANDAU School” Təhsil Kompleksinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalı sona çatıb.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, müxtəlif yaş kateqoriyasında Ziya Qubatov, Yusif Əhədzadə və Mikayıl Hüseynov birinci yeri tutublar. Daniel Konovalov, Fatimə Abdulova və Nurlan Qənizadə ikinci yerdə qərarlaşıblar. Vüqar Əlizadə, Mehin Məstiyeva və Mətin Bəkirli bürünc medalçı olublar. Qızlar arasında ən yaxşı nəticə göstərən Banu Məmmədzadə, Əsra Baxışova və Xədicə Seyidli xüsusi mükafata layiq görülüblər. Komanda yarışlarında 3 nömrəli şahmat məktəbi birincilik əldə edib. “Chess Klub” və 4 nömrəli şahmat məktəbi, müvafiq olaraq, 2-3-cü yerləri bölüşdürüb.
Qeyd edək ki, turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparıb.
Bənzər xəbərlər
Milan-Kortina-2026: Françeska Lollobricida olimpiya rekorduna imza atıb
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında italiyalı konkisürən Françeska Lollobricida qadınlar arasında ... Ətraflı
Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar
Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa ... Ətraflı