Xəbərlər

Bakıda “Iron WinD Winter Aquathlon” turniri təşkil olunub

30 yanvar 2022 785

Yanvarın 29-30-da Bakı Su İdmanı Sarayında “Iron WinD Winter Aquathlon” turniri təşkil olunub.

Turnir Azərbaycan Triatlon Federasiyası və “Triterra” klubunun təşkilatçılığı ilə keçirilib.

Yarış komanda formatında baş tutub. Hər komandada 2 idmançı mübarizə aparıb.

Reqlamentə görə, turnirin birinci günündə idmançılar 1,5 kilometr məsafəyə üzgüçülük yarışında güclərini sınayıblar. Növbəti gün isə 10 kilometr məsafəyə qaçış təşkil olunub. 

Federasiya prezidenti Elçin Əliyev Iştirakçı kimi yarışda iştirak edib.

İki günün nəticəsinə görə, turnirin qalibi müəyyənləşiblər.

Kişilər
Toğrul Məmmədli - Əli Həsənli
Teymur Fərəjov - Denis Karçaşkin
Natan Meri - Bəhruz Nağıyev

Qadınlar
Fatimə Alkərimova - Elena Schipova
Viktoriya Mokretsova - Natalia Mordasova

Miks
İqor Burlov - İrina Litvinçik
Rüfət Axundov - Rəbiyyə Orucova
Aleksandr Drozdov - Marina Belan