Bakıda idman üzrə beynəlxalq tibbi seminar keçiriləcək
09 oktyabr 2024 1078
Avropa Cüdo Birliyinin Tibb Komissiyasının beynəlxalq tibbi seminarı oktyabrın 18-19-da Bakıda keçiriləcək.
Azərbaycan Cüdo Federasiyası (ACF) ilə birgə təşkil olunacaq seminarın məqsədi idman sahəsində çalışan tibbi heyət arasında təcrübə mübadiləsinin aparılması və ən son məlumatların əldə edilməsidir.
Seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi dəstəklə təmin olunması sahəsindəki tədqiqat nəticələrini paylaşacaqlar. Bu sahədə olan yeniliklər, müxtəlif reabilitasiya üsulları və idman zədələrinin müalicəsi müzakirə olunacaq. Tədbir iştirakçılara idman sağlamlığı və tibbi dəstək sahəsindəki ən son qlobal trendlər haqqında məlumat almaq üçün unikal imkan təqdim edəcək.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı