Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib
05 mart 2026 - 12:42 369
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb.
İdmançılar Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə təsnifat mərhələsində qüvvələrini sınayırlar. Gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar proqramlarında çıxış edirlər.
Turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər.
30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı