Bakıda "Gimnastika hamı üçün" tədbiri keçirilib
05 iyun 2022 1614
Gənclər və İdman Nazirliyi "İdman hamı üçün" tədbirlərinə start verib. Layihə çərçivəsində iyunun 5-də "Gimnastika hamı üçün" məşğələləri keçirilib. Heydər Əliyev Mərkəzinin ərazisində baş tutan tədbirdə çox sayda əhali iştirak edib.
Tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilib. Bütün yaş kateqoriyasından olan insanlar proqrama qoşularaq, gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirib, fləşmobda iştirak ediblər.
Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında gimnastikanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)

