Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib
21 sentyabr 2025 - 14:44 617
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Bu il himnimiz dünyaşöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında səsləndirilib. Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olunub. Açılışda, həmçinin milli simvolumuz – səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim edilib.
Qeyd edək ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən “Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri” elan olunub, 2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilib. Bu fakt muğamın Azərbaycan mədəniyyətinin ən dəyərli irs nümunələrindən biri kimi dünyada tanındığını bir daha təsdiqləyir.
Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış start götürəcək.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı

