Bakıda Beynəlxalq Şahmat Festivalı keçiriləcək
14 mart 2023 69

Azərbaycan paytaxtı Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mötəbər turnir Baku Crystal Hall-da olacaq.
Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A,B və C) mübarizə aparacaq. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq. C qrupunda hər yaş üzrə qaliblər Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.
Yarışda ilk tur mayın 4-də saat 14-30-da başlayacaq. Festivala mayın 12-də yekun vurulacaq.
Bənzər xəbərlər

Bakı məktəblilərinin Özbəkistan səfəri bitib
Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsi ilə birgə ... Ətraflı

Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
Martın 28-də Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin ... Ətraflı